Ermənistanın daha bir xalq artisti fəxri adından imtina edib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Mkrtiç Arzumanyan Ermənistanın xalq artisti adından imtinası barədə İnstagram səhifəsində yazıb. O bu addımını hakimiyyətin xalqa qarşı zorakılıqlarına etiraz olaraq atdığını bəyan edib. “Hesab edirəm ki, dinc, silahsız xalqa qarşı güc tətbiq olunması qəbulolunmazdır. Hakimiyyətin mənim həmvətənlərimə qarşı zor tətbiqinə etiraz olaraq bu addan imtina edirəm”-Mkrtiç bildirib.
Qeyd edək ki, bundan əvvəl Erna Yüzbaşyan da Ermənistanın xalq artisti adından imtina edib.
Bu arada Ermənistan Milli Məclisindəki “Çıxış” bloku bəyanatla çıxış edib. Bəyanatda parlamrnt fraksiyasının rəhbəri Nikol Paşinyan, həmçinin deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyanın dərhal həbsdən azad edilməsi tələb olunur. Blok üzvləri hakimiyyəti güc metodlarından imtina etməyə çağırıblar.
Musavat.com
![]()






