İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandakı binadan yıxılan uşağa görə Azərbaycanı ittiham edəcək qədər həyasızlıq və riyakarlıq “nümunə”si  

2060 14.07.2023 19:00 Yazarlar A A

Qarabağ ermənilərinin qanunsuz olaraq Ermənistandan aldığı Rusiya qazı kəsilsə də, onlara “qaz verənlər” var. Əks halda, baş terrorçu Arayik Arutyunyan hətta qızlarını da Qarabağdan rusların helikopterində qaçırandan sonra “təhlükəsizlik şurası”nın toplantısını çağırıb, “dirəniş” elan etməzdi. Düzdür, Arayik indi daha çox Şuşadan rədd olub getdiyi son günləri daha çox xatırladır, amma bilir ki, onunçün sonun başlanğıcıdır, hara getsə, “qarmaq”dan xilas ola bilməyəcək, odur ki, çırpıntılarını davam etdirir.

Həm də arayikkimilər fəsiləsindən olanlara “qaz verənlər”dən bəhs etdik axı. Əgər qaz verilməsəydi, özünü “dövlət naziri” adlandıran cani Nersesyan s“arsax”lara müraciətlə onları “son döyüş”ə çağırmazdı. Anlamır ki, heç o boyda pul-parası ilə Ruben Vardanyan Qarabağdakı bir ovuc ermənini belə, bir araya gətirə bilmədi, iflas oldu. Guya Xankəndi meydanına toplaşıb, son addımları müzakirə edəcəkmişlər. Hələ Qaladərəsinə, oradan da Laçın qapısına yürüş etmək iştahları da var imiş. Qazı elə veriblər ki, sarsaq canilər bunun ardınca nələr baş verəcəyini belə düşünməyiblər.

Ermənistan Qarabağ ermənilərinə göndərdiyi qazın vendilini bağlasa da, separatçıları qızışdırır, “qaz verir”. Hətta rəsmilər səviyyəsində, Oskanyan kimi, bivec kaftarlar olsaydı, nə vardı ki?   Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tviterdə Qarabağda yaşayan iki uşağın - 3 yaşlı Leo və 6 yaşlı Qitanın ölümü haqqında elə gülünc və absurd ittiham irəli sürüb ki, şəkildə Azərbaycana qarşı. Xəstə nazir hadisənin Qarabağ ermənilərinin “blokadasının nəticəsi” olduğunu iddia edib. “Laçın dəhlizinin 7 aylıq blokadası və Dağlıq Qarabağın tam blokadası insanların həyatına dönməz və sarsıdıcı təsir göstərir. Dağlıq Qarabağ sakinləri olan 3 yaşlı Leo və 6 yaşlı Qitanın ölümü ciddi humanitar vəziyyətin nəticəsidir. 21-ci əsr. Buna dözmək mümkün deyil”, - Mirzoyan uşaqların fotolarını yerləşdirərək yazıb.

d0b1f24b648a13c7d931ff4af7ea2802.jpg (153 KB)

Təsəvvür edin, Ermənistanın Allah qoymasa, baş diplomatı bu sərsəmləmələri Azərbaycan və Ermənistan arasında danışıqların intensivləşdiyi bir məqamda, liderlərin Brüssel görüşündən bir neçə saat əvvəl yazıb. Guya “konstruktiv” ölkəymişlər. Hansi ki, hətta separatçıların oyuncaq “polisləri” belə, Xocavənddə yaşayan ailənin itkin düşən uşaqlarının meyitlərinin Ağdərə şəhərindəki avtomobillərdən birində aşkarlandığını açıqlayıb. O da istisna deyil ki, bu uşaqların ailəsi Azərbaycana meyilləndiyinə görə, canilər qisası belə alıblar, digərlərinə gözdağı olsun deyə. Əvvəllər yazmışdıq ki, Qarabağdakı terrorçulardan hər cür alçaqlıqları gözləmək olar, hətta mülki erməni sakinlərə qarşı, təki reinteqrasiya baş verməsin...Əlavə nifrət toxumu səpirlər.

42876130-8b8b-4d8f-914d-b03872412aaa.jpg (92 KB)

Gələcəkləri varsa, təbii ki, görəcəkləri də var, daha keçmiş dönəmlər keçmişdə qaldı. Dığ kəndi istiqamətində növbəti dəfə təxribata əl atdılar, əvəzində iki hərbçiləri zarıya-zarıya hospitallıq oldu. Yenə tətiyi çəkəcəklərsə, əsgərimiz başlarına od ələyəcək, atəş sıxan barmağını qoparacaq, gözlərini çıxaracaq, necə ki, Laçın qapısında bayrağımızı asan əsgərə güllə atan snayper indi o dünyadan “baxır”. Həmçinin Qarabağda təxribata əl atdılar, 4 terrorçu məhv edildi.

Hələ diplomatik etiket nə olduğunu qanmayan Ararat Mirzoyanın da cavabı kifayət qədər sərt şəkildə verilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavabında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib. Sitat: “Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil”. Bəli, riyakarlıq tam yerinə düşən ifadədir. Ermənistan rəhbərliyi riyakarlıq donuna bürünüb, sülhdən danışır, davranışları savaşı tətikləyir. Azərbaycan Prezidenti bir gün öncə bu ölkənin siyasətində normallaşmanın müşahidə edildiyini deməklə faktiki olaraq qarşı tərəfə şans vermişdi ki, “nəhayət, adam olun!” Görünür, istəmirlər. O halda fəlakətlər burulğanı nəsibləri olacaq!

Azərbaycan XİN də Mirzoyanın sərsəmləməsinə tutarlı reaksiya verib.  “Görünür, Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur!” Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. Əlavə edib ki, “Əks halda, niyə bir ölkə raket hücumları və Azərbaycana qarşı təcavüzü nəticəsində 12 uşaq daxil olmaqla, onlarla günahsız uşağı qətlə yetirərkən uşaq ölümlərindən məkrli siyasəti üçün sui-istifadə etsin?”

Bir az dərindən düşünəndə görürsən ki, Ermənistan dövlət deyil axı. Onun rəsmiləri də normal düşüncə qabiliyyətindən məhrumdur. İmkanları olsa, 5-6 uşağı öldürüb, cəsədini Laçın qapısının ağzına atarlar, Azərbaycanı ittiham etmək üçün. Az qalırlar desinlər dünən Ermənistanda binanın pəncərəsindən yıxılıb ölmüş uşağın da “qatili” Azərbaycandır. Yəni bu qədər həyasızdırlar...

Mirzoyanın sərsəmləməsindən bir gün qabaq Azərbaycan və Ermənistan sərhədində iki ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mher Qriqoryan iştirakı ilə sərhədin delimitasiyası məsələləri üzrə iki ölkənin komissiyalarının birgə iclası keçirilib. Bir tərəfdə iki dövlətin rəsmiləri müzakirələr aparır, digər istiqamətlərdən erməni ordusu atəş açır, bu yandan da XİN başçısı sərsəmləyir. Belə dövlətmi olar?

Nikol Paşinyan ötən ay demədimi ki, hələ Ermənistan kadastr sənədini belə almayıb. “5 min illik dövlət”dən dəm vurub, yalanlarına özləri də inanmışdılar, “Dəmir Yumruq” başlarına dəyəndən sonra ayıldılar ki, heç bunların Azərbaycan torpaqlarında elan etdikləri “dövlətciy”in kadastr sənədi də yoxdur. Azərbaycanın icarəyə verilmiş ərazilərdə neçə vaxtdır hoppanıb-düşürdülər, artıq “qaz sızması” baş verməkdədir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR