İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda Rusiya əleyhinə aksiyalar başladı (FOTO)

1948 04.09.2013 16:13 Son xəbər A A
Ermənistan paytaxtında, prezident iqamətgahının yaxınlığında ölkənin Gömrük İttifaqına qoşulması əleyhinə  aksiyalar başlayıb. Musavat.com-un erməni mənbələrinə istinadən verdiyi məlumata görə, iştirakçıların sayı bu dəqiqələrdə durmadan artır. Elə polis əməkdaşlarının da.

Etirazçıların heç bir siyasi və ya ictimai hərəkatın  üzvü olmadığı, məsələdən yalnız facebook vasitəsilə  xəbər tutduqları qeyd edilir. Nümayişçilər Ermənistanın Gömrük İttifaqına üzvlüyünə imkan verməyəcəklərini bəyan ediblər. Çünki onların fikrincə İttifaqa üzvlük “Ermənistanın müstəqilliyinin tam itirilməsinə gətirəcək”. 

Qeyd edək ki, dünən prezident Serj Sərkisyan Moskva səfəri çərçivəsində  Ermənistanın sözügedən quruma üzv olmasına razılıq verib.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR