İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda qızıl medal qazanan daha bir türk qələbəsini Azərbaycana həsr etdi - VİDEO

1056 19.04.2023 12:16 İdman A A

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.

Musavat.com xəbər verir ki, qadınların mübarizəsində 64 kq çəki dərəcəsində mübarizə aparan Nuray Güngör birdən qaldırmada 99 kq-da qızıl, təkanla qaldırmada 120 kq-da bürünc, ümumilikdə isə 219 kq-da qızıl medal qazanıb.

Təltifetmə mərasimindən sonra “TRT Spor Yıldız” telekanalına açıqlama verən Güngör qələbəsini atasına və çempionatı bayraq qalmaqalına görə tərk etmiş Azərbaycan idmançılarına həsr etdiyini bildirib:

“Azərbaycanlı qardaşlarımız üzülməsinlər, onlar yoxdursa, biz varıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR