İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda oturaq aksiya elan olundu - etirazçılar hökumət binası qarşısında

629 20.05.2023 19:36 Region A A

44 günlük müharibədə ölən əsgərlərin valideynləri hökumət binası yaxınlığında müddətsiz oturaq aksiya elan ediblər.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Bu yolla biz bu qeyri-qanuni ölkədə qanunsuz məhkəmə sisteminə qarşı mübarizə aparacağıq. Mən hüquq-mühafizə sisteminin davranışını başa düşə bilmirəm. Siz bu türk hakimiyyətlərinə necə xidmət edə bilərsiniz?”, - deyə müharibədə ölən əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edək ki, İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi hakim Jora Çiçoyanın sədrliyi ilə Qayane Akopyanın həbsi barədə qərar qəbul edib. Akopyan Ermənistan baş nazirinin oğlunu qaçırmağa cəhddə şübhəli bilinir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR