İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda maskalı şəxslər Ağsaqqallar Şurasının üzvünə hücum edib bıçaqla yaraladı

246 02.08.2021 16:18 Son xəbər A A

İrəvanda maskalı şəxslər şəhərin Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan üzvü Arman Antonyana hücum ediblər.

Bu barədə “Sputnik Ermənistan” yazıb.

Hadisə avqustun 1-i səhər saatlarında baş verib. Maskalı şəxslər Antonyanı bıçaqla yaralayıblar. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Arman Antonyana hücumun səbəbi kimi onun fəaliyyəti göstərilir. A.Antonyan 2018-ci ildən İrəvanın Ağsaqqallar Şurasının tərkibindədir. O, həmçinin Şuranın Maliyyə-kredit və İqtisadi məsələlər üzrə daimi komissiyasında “Mənim addımım” fraksiyasının nümayəndəsidir.

Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR