“Qadın Forumu”nun məlumatına görə, tədbirin məqsədi - türkiyəli qadın sahibkarlarını Ermənistanın biznes mühiti, vergi və gömrük sistemləri, Ermənistanda müəssisələrin qeydiyyatı qaydaları ilə tanış etmək, o cümlədən, Ermənistanla Türkiyə arasında ticari-iqtisadi münasibətlərin qurulması üçün onlara işgüzar əlaqələr yaratmağa imkan verməkdir.
Forum çərçivəsində USAID-in Ermənistan ofisinin nümayəndəsi Diana Avetisyan, şərqi və cənub şərqi Türkiyənin qadın sahibkarlarının “Dokunkad” İttifaqının sədri Nevin İl, Diyarbəkirin Ticarət-Sənaye Palatasının sədri Dnedil Gəzar və “Qadın Forumu” təşkilatının sədri Lilit Avetisyan məruzələrlə çıxış edəcək.






