İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda azyaşlıya qarşı polis zorakılığı narazılığa səbəb oldu - VİDEO

511 31.05.2022 10:25 Region A A

Dünən müxalifətin "Müqavimət" hərəkatının İrəvanda təşkil etdiyi etiraz aksiyaları zamanı polis zorakılıqları yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, cəmiyyətdə ciddi narazılıq doğuran bu qanun pozuntularına görə hələlik heç bir polis əməkdaşı cəzalandırılmayıb.

"Polislərin güc tətbiq etməsini əks etdirən onlarla kadrlar var. Bunlardan ən çox diqqət çəkəni "qırmızı beretli"lərdən birinin azyaşlının saçından tutaraq ona fiziki təzyiq göstərməsidir. Kameralar qarşısında bunu edən hüquq-mühafizə xidmətinin əməkdaşı polis bölməsində başqa nələr edə bilər? Vəkil Amram Makinyan da bu məsələnin üstündən keçilməsini məsləhət bilməyib. O qeyd edib ki, “Polis geyimində olan bu dəyərsiz insan azyaşlının saçından tutur. Evdə uşaqlarına da deyərsən bunu. Mən də bu videonu paylaşdım, qoy uşaqların "qəhrəman" atalarını görsünlər. Qismət olsa, məhkəmədə görüşərik...”, - məqalədə yazılıb.

 Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR