İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan “Qazaxıstan ssenarisi”nə doğru?!

776 08.06.2022 10:30 Region A A

Ekspert: “Qarabağ klanı silahlıları küçələrə çıxara və hökumət qüvvələrinə atəş aça bilər”

Ermənistanda vəziyyətin gərginləşməsi siyasi partiyalar arasında fikir ayrılığına səbəb olub. Radikal müxalifət mitinqlərdə etirazçılara qarşı zor tətbiq edildiyini deyir, loyal siyasət sərgiləyən partiyalar isə polisə hücumu qınayırlar.

“Suveren Ermənistan” partiyasının rəhbəri David Sanasaryan jurnalistlərlə söhbətində maraqlı iddia da irəli sürüb. O qeyd edib ki, hərəkatın arxasında duranlar ölkədə xaos yaratmağa çalışacaqlar. Bu isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Ermənistanın suveren ərazisinə soxulmasına gətirib çıxaracaq. “Nəticədə biz dövlətçiliyimizi və suverenliyimizi itirəcəyik. Əvvəllər də deyirdim ki, onlar sülhün yaxınlaşdığını görəndə, özlərinin ”köhnəldiyini" anlayacaqlar və aqressiv davranışlara keçəcəklər. Bugünkü zorakılıqlar bunun əyani təsdiqinə çevrildi", - siyasətçi proseslərin gedişindən gileylənib.

Qeyd edək ki, apreldən başlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı ilk dəfə olaraq polis dünən aksiyanı dağıtmaq üçün səs-işıq qumbaralarından istifadə edib. Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, mitinqdən sonra tibb məntəqələrinə 60 nəfər müraciət edib. Onlardan 39-u polis əməkdaşı olub.

Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.   

Ermənistanda “Qazaxıstan ssenarisi” mümkündürmü? Revanşist müxalifət, xüsusilə Qarabağ klanı meydana silahlılar çıxara bilərmi?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, bu gün Ermənistan daxilində mitinqlər edən, iğtişaşlar yaradan, dövlət orqanlarının işini iflic etməyə çalışan revanşist qüvvələrin başında dayanan şəxslər 1990-cı illərin birinci yarısında Azərbaycan ərazilərində qanlı müharibə cinayətləri törətmiş canilərdir: “Onlar eyni zamanda 1999-cu ildə və 2008-ci ildə Ermənistanda ermənilərə qarşı da qanlı cinayətlərin həyata keçirilməsi, küçədə seçki saxtakarlığına etiraz edən insanların güllələnməsi əmrini verən qatillərdir. İndi müxalifətçi libası geyinən o qatillər beynəlxalq cinayətkarlardır. Onların siyasətə gəlmələri də, siyasi fəaliyyət dövrləri də, hakimiyyətdə olduqları dövrlər də terrorla, qətliamlarla reallaşıb. Bu gün həmin terrorçu qrup Ermənistan daxilində vətəndaş müharibəsi başlatmağa çalışır. Məqsədləri qisasçılıq və bölgədə sülh yaranmasının, Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasının qarşısını almaqdır. Onlar təkcə Azərbaycan xalqına deyil, erməni xalqına da düşmənçilik ediblər və edirlər.

Yeganə Hacıyeva: İran Azərbaycanın formalaşdırdığı reallığı qəbul edir »  BAYRAQDAR.INFO

 Yeganə Hacıyeva

44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr üçtərəfli bəyanatına imza atan ölkələrin atmalı olduqları addımlar qeyd edilib. Yəni Nikol Paşinyan da o imzanı Ermənistan dövlətinin adından atıb. Yəni bundan sonra Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, bu dövlət artıq üzərinə öhdəlik götürüb. O öhdəliyin mübahisələndirilməsi mümkün deyil. Əslində sülhə qarşı olan terrorçu zehniyyətli revanşist qrup da bunun fərqindədir. Sadəcə olaraq, müxtəlif bəhanələrlə Nikol Paşinyanı devirməyə və ondan qisas almağa çalışırlar. Buna nail olmaq üçün hesab edirlər ki, ölkənin daxilində dərin bir xaos, hətta vətəndaş müharibəsi vəziyyəti yaratmaqla KTMT və ya Rusiya silahlı qüvvələrinin, güc strukturlarının Ermənistandakı vəziyyətə müdaxiləsi və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırması baş verə bilər".

Ekspertin fikrincə, əgər radikal terrorçu erməni müxalifəti-Qarabağ klanı “Qazaxıstan ssenarisi”nə ümid bəsləyirsə, yanılır: “Rusiyanın KTMT qismində Ermənistana girməsinə ehtiyacı yoxdur. Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur. İkincisi, KTMT qoşununun və ya Rusiya qoşununun Ermənistandakı daxili vəziyyətdə müdaxiləsi üçün gərək Ermənistan dövlətinin birinci şəxsi rəsmi müraciət etsin. Nikol Paşinyan o halda bu addımı atar ki, KTMT və ya Rusiya hərbi qüvvələri onu hakimiyyətdən devirmək yox, onun hakimiyyətinin devrilməsinin qarşısını almaq üçün gələcək. Üçüncüsü, hələ Paşinyan iqtidarı prosesləri nəzarətdə saxlaya və revanşist qüvvələrin öhdəsindən gələ bilir. Paşinyanın hakimiyyətdə olması hazırda Rusiyaya sərf edir.

Robert Köçəryan, Serj Sərkisyan və Seyran Ohanyan üçlüyü silahlı, qanlı mübarizə təcrübəsinə malikdirlər. Onlar Qarabağ klanının silahlılarını da küçələrə çıxara və hökumət qüvvələrinə atəş aça bilərlər. Amma bu zaman Ermənistandakı 102-ci hərbi baza sabitliyi bərqərar edə bilər. Bu isə o demək deyil ki, sabitliyi bərqərar etmək əməliyyatı həmin terrorçu üçlüyün xeyrinə yekunlaşacaq".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR