İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan: Ermənistan öz suveren ərazilərini təslim edə bilməz

1013 13.03.2024 18:01 Region A A

“De-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, Azərbaycan ərazisi isə Azərbaycan Respublikasının idarəsi və nəzarəti altında olmalıdır, Ermənistan bütün sərhəd boyu belə qərarlar qəbul etməyə hazırdır”.

Musavat.com xəbər verir ki, Ermənistan hökuməti “Azadlıq” radiosunun erməni xidmətinin yazılı sorğusuna cavab olaraq belə deyib.

Bildirilib ki, Ermənistan Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə eyni düsturdan istifadə edərək belə qərarlar verməyə hazırdır.

Eksklav/anklavlara gəlincə, cavab verilib ki, bu halda Ermənistan üçün məqbul yanaşma qanuni qüvvəyə malik olan hüquqi sənədlər əsasında bu ərazilərin delimitasiyası və demarkasiyası yanaşmasını bir daha başlanğıc nöqtəsi kimi götürərək bu məsələlərə sonradan baxmasıdır.

Ermənistan Nazirlər Kabineti baş nazir Nikol Paşinyanın dünənki bəyanatına istinad edib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir əraziyə iddiası yoxdur, eyni zamanda öz suveren ərazilərini də təslim edə bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR