Ermənistanın "Armenia Today” saytı bu hadisəni açı təəssüf hissi ilə yazır: “Artıq uzun müddətdir ki, erməni cəmiyyətində "Dağlıq Qarabağ respublikası"nın Ermənistan tərəfindən tanınmasının zəruri olmasına dair çağırışlar səsləndirilir. Bu addımın tərəfdarları öz nəzər nöqtələrini Ermənistanın Qarabağın mövcudluğunu tanımadığı halda, dünyanın onu tanımasına nail olmağın mümkün olmayacağı ilə əsaslandırırlar. Bəlli olur ki, Ermənistan hakimiyyəti qondarma Dağlıq Qarabağı nəinki hüquqi cəhətdən tanımır, hətta onu faktiki olaraq Azərbaycan Respublikasının ərazisi hesab edir. Söhbətin nədən getdiyini tam olaraq anlamaq üçün, təkcə Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmi saytına daxil olmaq lazımdır. Burada yerləşdirilən xəritələrdən birində Qarabağ Azərbaycanın tərkibində göstərilib”.
Xəritəyə aşağıdakı linkdə baxa bilərsinuz: http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=30646&SectionID=0&RegionID=0&Date=08/30/2010&PagePosition=1






