İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Azərbaycandakı əsirlərinin sayını açıqladı VİDEO

5298 27.10.2020 15:05 Ölkə A A

Erməni tərəf Azərbaycan əsirliyində olan hərbçilərinin siyahısını dəqiqləşdirməyə çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İrəvan ən azı 17 hərbçisinin Azərbaycanda əsirlikdə olduğunu açıqlayıb. Bildirilib ki, daha 2 hərbçi ilə bağlı araşdırma aparılır.

Buradan görünür ki, Qarabağda sarsıdıcı zərbələr almış erməni hərbçilərin öldü-qaldısından Ermənistanda dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda əsirlikdə olan hərbçilər və mülki şəxslər vəziyyətləri barədə hər hansı şikayətlərinin olmadığını deyiblər. Hətta onların bəzilərinə Ermənistandakı ailə üzvləri ilə telefon əlaqəsi  üçün şərait yaradılıb. Bunun qarşılığında isə Ermənistan tərəf “Qarabağ Azərbaycandır” deyən əsirlərə görə Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR