İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın ən böyük neft anbarlarının yerləşdiyi bölgə İŞİD-dən alındı - FOTOLAR

2110 31.10.2014 20:52 Dünya A A


Şimali İraq peşmərgənin və Azad Suriya Ordusunun köməyə getdiyi Kobanidə döyüşlər yenidən şiddətlənib. 

Artıq Kobanidə olan ASO döyüşçüləri ilə YPG silahlıları birlikdə İŞİD qüvvələri ilə döyüşlərə qatılıb. 

Oktyabrın 31-də ilk dəfə Kobanidə səhər saatlarında snayper atəşləri eşidilməyə başlayıb. 

Kobanidə İŞİD snayperləri

“əl-Cəzirə” telekanalının məlumatına görə, Kobanidə İŞİD-in nəzarət etdiyi kvartallarda hündür mərtəbəli binalarda yerləşdirilmiş snayperlər kürd döyüşçülərini hədəfə alıb. Buna qarşılıq olara YPG və ASO qüvvələri ağır pulemyotlarla onların mövqelərini atəşə tutub.
Ötən gün İŞİD yenidən Kobani ilə Türkiyə arasında yeganə əlaqə olan Mürşidpınar sərhəd-keçid məntəqəsini minaatan atəşinə tutub. Müşahidəçilərə görə, İŞİD bu qəsəbəni və məntəqəni ələ keçirməklə Kobaniyə gələcək dəstək qüvvələrinin qarşısını almağa çalışır. Mürşidpınara atılan top mərmilərindən ikisi Türkiyə ərazisinə düşüb. Bu arada Kobanidəki İŞİD mövqelərinin koalisiya qüvvələri tərəfindən bombalanması davam edir. 
Peşmərgə Kobaniyə keçmək üçün uyğun vaxtı gözləyir

Kobani ilə üzbəüz Türkiyə ərazisində yerləşən Suruç qəsəbəsinə gəlib çatan peşmərgə qüvvələri isə artıq iki gündür ki, sərhədi keçib Kobaniyə getmək üçün əmr gözləyir. İki qrupdan ibarət peşmərgə qüvvələrinin 10 nəfərlik komandir heyəti Kobanidəki YPG komandirləri ilə görüşərək döyüş əməliyyatları bölgəsi ilə bağlı müzakirə aparıblar. O da məlum olub ki, peşmərgələr Kobaniyə keçərək şəhərin nisbətən təhlükəsiz bölgəsi hesab olunan qərb hissəsində yerləşdiriləcək və burda YPG döyüşçülərinə təlim keçəcəklər. O da bəlli olub ki, hazırda 150 nəfərlik peşmərgə qrupu Kobani şəhərinə 4 kilometr məsafədə yerləşən binada yerləşdirilib. Binanı isə Türkiyə polisi və ordu qüvvələri qoruyur. 

Suriya Türkiyəyə etiraz edir

Livanın “Nəşra” Agentliyinin məlumatına görə, Suriya XİN Türkiyə hökumətini xarici ölkə silahlı qüvvələrini öz ərazisindən Suriyaya keçidinə icazə verməsini tənqid edib. Dəməşq Türkiyənin bu addımının Suriyanın suverenliyinin pozulması adlandırıb. 

Suriya XİN-in bəyanatında qeyd olunur ki, “Türkiyə Ayn əl-Arab (Kobani) bölgəsində Suriya sərhədlərini pozaraq, ölkənin daxili işlərinə müdaxilə edib. Türkiyənin xarici qüvvələrə və terrorist qruplaşmalara öz torpaqlarında qalmaq və oradan Suriya ərazisinə girməyə icazə verməsi ölkəmizin suverenliyini açıq şəkildə pozur”. 

İraqda döyüşlər davam edir

İran dövlət radiosunun İraq hərbi mənbələrinə istinadən yaydığı məlumata görə, İraq ordusu və könüllü hərbi birliklər Tikrit vilayətinin şimalında yerləşən Bici bölgəsində 300 İŞİD döyüşçüsünü məhv edib. Səlahəddin bölgəsi əməliyyat qrupunun komandiri general Əbdülvəhhab əs-Səidi bildirib ki, koalisiya qüvvələrinin də dəstəyi ilə Bici şəhəri terrorçulardan təmizlənib. 

Qeyd edək ki, İraq hökuməti Bici ilə yanaşı əl-Hassas və Əbu Tumə bölgələrinin də azad edildiyi haqda məlumat yayıb. O da bildirilir ki, İraqın ən böyük neft anbarları məhz Bici rayonunda yerləşir.

Kənan Rövşənoğlu 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR