İraqın baş naziri: “Xarici qüvvələrin İŞİD-ə qarşı quru əməliyyatlarının əleyhinəyik...”
İraq İŞİD-lə mübarizə çərçivəsində xarici qoşunların yerüstü əməliyyatlarına ehtiyac görmür. Musavat.com-un məlumatına görə, belə bir açıqlama ilə İraqın baş naziri Heydər əl-Abadi çıxış edib.
“Biz aydınlıq gətirmək istəyirik: biz İraqın öz qüvvələrindən savayı heç kimin quru qoşunlarına ehtiyac görmürük” – deyib əl-Abadi.
Baş nazir eyni zamanda “havadan yaxşı dəstək” olacağı təqdirdə İŞİD üzərində qələbəni mümkün sayıb. Bununla belə, o, hava zərbələri zamanı ərəb ölkələrinin HHQ-lərindən istifadənin də qəti əleyhinə olduğunu söyləyib.
Musavat.com






