İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın baş naziri: “Fəlluca şəhəri tezliklə İŞİD silahlılarından təmizlənəcək”

381 07.06.2016 00:32 Dünya A A
Fəlluca şəhərinin İŞİD-dən azad edilməsi üzrə əməliyyat tezliklə başa çatacaq.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə,  bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib.
 
İraq xalqını Ramazan ayının başlaması münasibəti ilə təbrik edən baş nazir qələbənin yaxın olduğunu bildirib: “Bu il İraq ərazisi bütün terrorçu qruplaşmalardan təmizlənəcək. əl-Falucanın İŞİD silahlılarından azad edilməsi üzrə əməliyyat isə başa çatmaq üzrədir”.
 
Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR