İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda nümayişçilər İranın Bəsrədəki Baş Konsulluğunun binasını yandırıblar - Foto (Yenilənib)

1142 07.09.2018 21:14 Dünya A A

İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

“Report”un “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, yüzlərlə nümayişçi diplomatik korpusun binasını ələ keçirərək od vurublar.

Xəbərdə vurğulanıb ki, bu gün 20 min nəfər sosial problemlərə etiraz olaraq küçələrə axışaraq Bəsrə valiliyinin binasını da yandırıblar.

Məlumat hələlik rəsmi şəkildə təsdiq olunmayıb.

***

İran konsulluğunun yandırılmasından sonra İraqın Bəsrə şəhərində iğtişaşların iştirakçıları ABŞ diplomatik nümayəndəliyinə hücum ediblər.

Virtualaz.org “Kurdistan 24”ə istinadən xəbər verir ki, bu aksiyalarla eyni zamanda Kərbəla və Maysan vilayətlərində kütləvi nümayişlər keçirilir. Nümayişçilər Bəsrədəki aksiyaların iştirakçıları ilə həmrəylik nümayiş etdirirlər.

Dünən radikal şiə imamı Müqtəda əs-Sədr kütləvi küçə aksiyalarına çağırış edib.

***

Bəsrə şəhəri yaxınlığında etirazçılar Rusiyanın “Lukoyl” şirkətinin neft hasil etdiyi yatağa hücum ediblər.

Oxu.Az “Al-Arabia” telekanalına istinadən xəbər verir ki, etirazçılar orada çalışan fəhlələri girov götürüblər.

 

df.JPG (24 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR