İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq Xarici İşlər Nazirliyi İranın ABŞ hərbi bazalarına endirdiyi raket zərbələrinə sərt reaksiya verib

1596 08.01.2020 21:58 Dünya A A

“İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumunu rədd edir və bunu ölkəmizin suverenliyinin pozulması hesab edirik”.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu fikirlər İranın ABŞ hərbi bazalarına raket zərbələri endirməsilə bağlı İraq Xarixi İşlər Nazirliyinin yaydığı bəyanatında öz əksini tapıb.

Qeyd edilib ki, İraq müstəqil bir dövlətdir, onun daxili təhlükəsizliyi prioritetdir və ölkəmizin döyüş meydanına çevrilməsinə imkan verməyəcəyik.

Bəyanatda o da vurğulanıb ki, bununla bağlı İran İslam Respublikasının İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağıracaq və bütün bu fikirlər ona şəxsən çatdırılacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR