İraq öz sərhədi yaxınlığında keçirilən hərbi təlimlərdən narahatdı
Səudiyyə Ərəbstanı-İraq sərhədləri yaxınlığında, islam antiterror koalisiyası hərbi təlimlər keçirir.
İraq hökümətinə təlimlər barədə məlumat verilməyib.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə İraq XİN-in nümayəndəsi Əhməd Camal bildirib. Məlumata görə, fevralın 14-dən Səudiyyə Ərəbistanının şimalında “Şimal gurultusu” adı altında antiterror koalisiyasına daxil olan ölkələrin hərbi təlimi keçirilir. Bu təlimdə Misir, Sudan, İordaniya və başqa ərəb-islam dövlətləri iştirak edir.
Bildirilir ki, təlim martın 10-a qədər davam edəcək.
Qeyd edək ki, təlimdə 150 minə yaxın hərbçi iştirak edir.
Aygün SƏFƏRLİ
Musavat.com






