İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq ordusu Fəllucədə İŞİD-in nəzarətində olan son bölgəni ələ keçirmək üzrədir

718 25.06.2016 17:38 Dünya A A
İraq federal polisi Ənbar vilayətinə bağlı Fəllucə rayonunda İŞİD terror təşkilatının nəzarətində olan bölgəni azad etmək uğrunda əməliyyata başlayıb.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə İraq ordusu artıq əməliyyatların son fazasını həyata keçirir.

İraq Federal Polisinin təhbəri, general-polkovnik Raid Şakir Cövdet Anadolu agentliyinə verdiyi açıqlamada Fəllucə rayonunda İŞİD-in son dayağı olan Əl Colan məhəəlləsinə həyata keçirilən hücumda terror təşkilatının bir çox üzvünün məhv edildiyini söyləyib.

Təşkilata gedən bütün yardım yollarının kəsildiyini bildirən general Cövdət Əl-Muallimin məhəlləsində raket və sursat dolu bir atelyenin məhv edildiyini bildirib.

Fəllucənin azad edilməsi əməliyyatına rəhbərlik edən general-polkovnik Əbdülvahab əs-Saidi əməliyyat başlandığı bir ay boyunca 1500 terrorçunun ələ keçirildiyini söyləyib.

General Saidi təşkilat mənsublarının əməliyyatlar zamanı evlərini tərk edən ailələlərə qarışaraq Əl-Xalidiyyə və Əl-Amiriyyə şəhərlərinə qaçmağa çalışarkən yaxalandığını söyləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR