İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq müqavimət hərəkatı amerikalıları bu ölkədən də çıxaracaqlarını bəyan etdi  

478 11.07.2021 17:27 Dünya A A

“İraq müqavimət gücləri amerikalıları onlar bu ölkəni tərk etməyənə qədər rahat buraxmayacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Hərəkat Hizbulla əl-Nücəba” qrupunun baş katibi Əkrəm Əl-Kəəbi bəyan edib.

Əkrəm Əl-Kəəbi iraqlıların 2003-cü ildə ölkəni işğal edən amerikalılardan canlarını qurtardığı təqdirdə bayram edəcəklərini vurğulayıb. O, ABŞ dövlət katibinin köməkçisi Con Hudun “Yalnız kənar qüvvələrin İraqın daxili işlərinə qarışmayacaqları təqdirdə burada sülhün bərqərar ola biləcəyi” fikrindən hiddətləndiklərini ifadə edib.

“Məhz siz amerikalılar İraqdakı bir çox bəlaların əsas mənbəyisiniz. Biz komandirimizin (general Qasım Süleymani nəzərdə tutulur-red), habelə İraqın müstəqilliyini müdafiə edən qəhrəman döyüşçülərin intiqamını almadan sizi necə rahat buraxa bilərik.”,-deyə o söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR