İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq liderindən Trampa sərt etiraz: "ABŞ İrana nəzarət etmək üçün bizdən icazə almayıb"

889 05.02.2019 13:21 Siyasət A A

Bir müddət öncə Trampın İraqda bahalı hərbi bazalarının olması və bu ərazidən İrana və Şərqə daha yaxşı nəzarət etməyin mümkün olması ilə bağlı açıqlamasına İraq dövlət başçısından cavab gəlib.

Belə ki, İraq dövlət başçısı Bərham Saleh ABŞ-ın İranı izləmək üçün onlardan hər hansı bir icazə almadığını bildirib.

Bu barədə musavat.com xarici KİV-ə istinadən məlumat verir.

"ABŞ əsgərləri terrorla mübarizədə bizə dəstək vermək üçün torpaqlarımıza gəliblər"- deyə Bərham Saleh bildirib.

Paytaxt Bağdadda qatıldığı bir formda mediaya bu barədə açıqlama verən ölkə başçısı ABŞ-ın qonşu dövlət olan İranı izləmək üçün İraqdan istifadə edə bilməyəcəyini də sözlərinə əlavə edib.

Formda çıxış edən İraq məclis üzvlərindən Həsən əl Qaibi "uzun müddətdir ki, ABŞ əsgərləri İraqdadır və biz artıq onların bu torpaqlardan çəkilməsini istəyirik. Bu məsələ ilə bağlı məclisdə qanun çıxarmaq üçün müzakirələrə başlayacağıq- deyə bildirib.

Irak'ta amaç ABD güçlerini ülkeden atmak

Onu da qeyd edək ki, ABŞ ordusu 2003-cü ildə ələ keçirdiyi İraq torpaqlarından 2011-ci il dönəmin ABŞ rəhbəri Barak Obamanın təlimatı üzərinə tərk etmişdi. Lakin 2014-cü ildən bölgədə aktivləşən terror qruplarının qarşısını almaq üçün İraq dövlət başçısı Nuri əl Maliki ABŞ ordusunu buraya yenidən dəvət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR