İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq hökuməti PKK ilə razılığa gəlibmiş – Sensasion təfərrüat

2275 13.10.2016 11:59 Son xəbər A A
Rəsmi Bağdadın Mosul əməliyyatından əvvəl növbəti çirkli bir planı da ortaya çıxıb.

Avropa.info xəbər verir ki, İbadi hökumətinin dəstəklədiyi PKK-nı iranmeyilli Haşdi Şəbi maskası altında Təlafərdən Mosula soxmaq istədiyi məlum olub.

Yaxınlaşan Mosul əməliyyatından öncə planlarını pozduğu üçün Türkiyənin Beşikadaki varlığından narahat olmağa başlayan Bağdad rəhbərliyi PKK-nı terror təşkilatını Haşdi Şəbi adı altında Mosul əməliyyatına daxil etmək istəyirmiş.

Bölgədəki yerli mənbələrdən əldə olunan məlumatlara görə PKK-ya bölgədə qanuni bir zəmin yaratmaq istəyən İraq terror təşkilatını İŞİD-ə qarşı əməliyyatlarda istifadə etmək və Mosul ətrafında bir hakimiyyət sahəsi yaratmaq istəyir.

Bu plan istiqamətində iranmeyilli Haşdi Şəbini hərəkətə gətirən İraq hökuməti bu qruplaşma vasitəsilə PKK-ya silah və pul yardımı təmin edərək Mosul əməliyyatında bu iki qrupu birləşdirmək niyyətindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR