İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı narkotacirlə sosial şəbəkələrdə əlaqə yaradan narkokuryer saxlanılıb - VİDEO

527 27.02.2024 17:58 Kriminal A A

İranlı narkotacirlə sosial şəbəkələrdə əlaqə yaradan daha bir narkokuryer Yasamal rayonunda saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb. Həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib. S. Nəbiyev marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırmaların gedişi zamanı saxlanılan şəxsin iranlı narkotacirlə əlaqələri, onun dediyi ünvanlarda narkotik vasitələri yerləşdirməyi sübuta yetirilib. S. Nəbiyev barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR