İrandan olan iki mühəndis Avstraliyada maraqlı kəşfə imza atıb. Onlar avtomobillərin susuz texnologiya ilə yuyulması layihəsini hazırlayıb təqdim edərək 100 min ABŞ dolları qazanıblar.
Erməni mətbuatının İRNA-ya istinadən yaydığı məlumatda deyilir ki, Reza Keşavarzi və Fərid Mohseni ətraf mühitə zərər vurmayacaq yeniliyə yaşadıqları Sidney şəhərində imza atıblar. Onların kəşfi nəticəsində avtomobillərin sudan istifadə etmədən yuyulması mümkün olacaq. Bu yenilik barədə Avstraliyanın SBS telekanalı da məlumat yayıb.
Cavid Turan,
Musavat.com






