İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı diplomat: "Azərbaycanın müsəlman xalqının müqaviməti sayəsində Qarabağ tezliklə azad olunacaq"

1393 30.09.2020 03:56 Gündəm A A

"Ümid edirəm Azərbaycanın müsəlman xalqının müqavimətilə Qarabağ tezliklə azad olunacaq".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentində Ərdəbil əyalətindən olan deputatların assambleyasının sədri Seyid Kazim Musəvi deyib.

O özünün "Twitter" səhifəsində Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyə münasibət bildirərək deyib ki, işğalçı ermənilərlə qarşıdurmada azərbaycanlı əsgərlərdən bir neçəsinin şəhid olması ilə bağlı aldığı məlumatdan çox narahat və kədərlidir: "Bu vasitə ilə Azərbaycanın müsəlman xalqına başsağlığı verirəm. Ümid edirəm Azərbaycanın müsəlman xalqının müqaviməti sayəsində Qarabağ tezliklə azad olunacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR