İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputatlar prezidenti qadın musiqiçilərə qadağa qoymağa çağırır

593 03.11.2014 16:47 Son xəbər A A
Bir qrup iranlı deputat İran prezidenti Həsən Ruhaniyə qadın musiqiçilər və müğənnilərin fəaliyyəti ilə bağlı etiraz məktubu yazıb.

“Media forum” saytının məlumatına görə, parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni jurnalistlərə açıqlamasında deyib ki, prezident qadın müğənnilərin fəaliyyətinin qarşısını almasa, deputatlar özləri tədbir görəcək: “Bir sıra deputatların imzası ilə Ruhaniyə məktub yazıb qadın musiqiçilər və müğənnilərin fəaliyyətinə etiraz bildirmişik. Ruhani deputatların məsələ ilə bağlı narahatlığına fikir verməsə, ölkə parlamenti öz qanuni səlahiyyətlərindən yararlanaraq problemin həllinə çalışacaq.

Ölkədə qadın musiqiçilərin səhnəyə çıxması tabusu sındırılıb. Bu isə bizim dini dəyər və inamımıza ziddir. Güman edirik ki, islami irşad və mədəniyyət naziri, eləcə də ölkə prezidenti ölkədə bu kimi halların baş verməsində məsuliyyət daşıyır və buna cavabdeh olmalıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR