İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputatdan SENSASİON AÇIQLAMA: “Dənizdən Vaşinqton və Nyu-Yorku vuracağıq”

1010 17.08.2025 20:23 Dünya A A

"Biz ABŞ-a dənizdən hücum edə bilərik. SEPAH 20 ildir bu məsələ üzərində işləyir ki, İran gəmiləri ilə ABŞ-a dənizdən hücum edə bilsin. Biz artıq belə bir texnologiya hazırlamışıq".

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əmir Həyat Moqəddəm “İran Watch” saytına deyib.

“Birləşmiş Ştatlar bizdən təxminən 10 min kilometr uzaqdadır. Biz gəmilərimizi bu ölkədən 2 min kilometr uzaqlığa çatdıra və oradan Vaşinqton, Nyu-York və digər şəhərləri raketlərlə hədəfə ala bilərik”, - deyə o əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR