İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla İngiltərə diplomatik münasibətləri bərpa elədi

791 11.11.2013 20:31 Dünya A A
İran hökuməti Məhəmməd Həsən Həbubullazadəni ölkənin İngiltərədəki müvəqqəti işlər vəkili təyin edib. Musavat.com-un IRNA-ya istinadən verdiyi xəbərə görə, rəsmi London da öz növbəsində Acay Şarmanı İngiltərənin İrandakı müvəqqəti işlər vəkili qismində təsdiqləyib.

Bu, 2011-ci ildə Tehranda Britaniya səfirliyinə edilən hücumdan sonra qapadılan diplomatik münasibətlərin bərpası  deməkdir. Rəsmi London o vaxt hesab eləmişdi ki, Tehran fanatiklərin hücumunun qarşısını bilə-bilə almayıb, hətta insidentə  lap yuxarı dairələrdən stimul verilib. Həmin insidentdən dərhal sonra ingilis diplomatları ölkəni tərk eləmiş, onların Londondakı həmkarları isə “persona non-qrata” elan edilmişdilər.

Münasibətlərin istiləşməsi Həsən Ruhaninin prezident seçilməsindən sonra başlayıb.

musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR