İnsanlara hürriyət, millətlərə istiqlal!

İRANLA DİPLOM QALMAQALINA MİSİR MƏRDANOVDAN SƏRT REAKSİYA

1769 07.05.2010 09:02 Ölkə A A
APA-nın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov İranın səhiyyə nazirinin müavini Məhəmmədəli Mohəqqiqinin bu ölkənin ATU-nun diplomlarını etibarsız sayması ilə bağlı sualı cavablandırarkən deyib. Nazir bildirib ki, onsuz da Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı günbəgün artmaqdadır: “Bizim bununla bağlı ciddi problemimiz yoxdur”.
M.Mərdanovun sözlərinə görə, bir neçə ildir, Almaniyanın DAD təşkilatı ilə müqavilə imzalanıb: “Onlar hər il burada müsabiqə edib ATU-nun mütəxəssislərini oxumağa aparırlar. Keçən il də, bu il də Almaniyadan gələn tibb mütəxəssisləri ATU-nun tələbələrinin biliyini çox yüksək qiymətləndiriblər. Bütövlükdə ATU-da təhsil alan tələbələrin hazırlığından dünyada razıdırlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR