İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın xarici işlər nazirinin müavini Azərbaycana gəlib

738 10.09.2013 16:38 Siyasət A A
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. APA-nın “Fars news”a istinadən xəbərinə görə, səfərdə məqsəd Xəzəri hüquqi statusu ilə bağlı işçi qrupun bu həftə Bakıda keçiriləcək iclasında iştirak etməkdir. Yığıncaqda beş Xəzəryanı dövlətin nümayəndələri iştirak edəcək.
 
Qeyd edək ki, Xəzərin hüquqi statusu 1991-ci ildən Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan arasında müzakirə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR