İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın xarici işlər naziri ABŞ-ın pandemiya dövründə sanksiyalarını terrorizm adlandırdı

314 30.03.2020 16:24 Dünya A A

İran xarici işlər naziri Cavad Zərif ABŞ-ın koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda rəsmi Tehrana qarşı sanksiya rejimini saxlamasını “iqtisadi və tibbi terrorizm” adlandırıb.

İran xarici siyasət idarəsinin rəhbəri Rusiyanın “Kommersant” qəzetində yazdığı  məqalədə Qərbin ölkəsinə yönəlik məhdudlaşdırıcı tədbirlərinin əsl humanitar fəlakətə gətirib çıxaracığını qeyd edib.

“ABŞ hökuməti tərəfindən İranın maliyə qaynaqlarını qeyri-qanuni şəkildə bloklanması nəticəsində bizim dərman və tibbi avadanlıqlara çıxış imkanımz qeyri-mümkün hala gəlib. Bu isə öz növbəsndə bir çox bədbəxtliyə səbəb olur”, - deyə yazıda bildirilir.

Cavad Zərif bank və maliyyə sektorlarındakı sanksiyaların hər şeydən öncə insani məqsədlər üçün alınacaq əmtəələrin alınmasına əngəl törətdiyini, bir çox ölkələrin banklarının İranla əməlyyatlardan çəkindiyini sözlərinə əlavə edib.

“Avropanın tibb avadanlıqlarını istehsal edən şirkətləri amerikalıların qorxusundan İrana heç nə satmırlar. Birləşmiş Ştatların sanksiyaları hətta qanuni ticarətə belə, şamil edilir. Bu isə ölkəmizdə COVD-19 virusunu yayılması ilə bağlı tədbirlərin önündə ciddi sədd çəkir”, - deyə yazıda vurğulanıb.

Cavad Zərif rəsmi Vaşinqtonun hərəkətlərini təkcə İrana deyil, bütün bəşəriyyətə və dünya birliyinə yönəlik cinayət adlandırıb.

“Bugünkü həssas dönəmdə ABŞ-ın edə biləcəyi tək faydalı əməl İrana beynəlxalq yardımların gəlməsini əngəlləməməkdir. Dünya birliyi də İranın köməyinə çatıb bu terrorizmi dayandırmalıdır”, - deyə İran xarici işlər naziri sonda qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR