İranın cənubunda bir neçə strateji məntəqədə partlayış səsləri eşidilib.
Musavat.com xəbər verir ki, İranın cənubunda, Hörmüz boğazı bölgəsində yerləşən Sirik şəhərində, həmçinin Qeşm adasında və Bəndər-Abbasda partlayışlar qeydə alınıb. Hadisələrin səbəbi ilə bağlı rəsmi qurumlar əvvəlcə hər hansı məlumat verməyib.
Daha sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayaraq İran əleyhinə hücumlar həyata keçirdiyini bildirib. Komandanlığın məlumatında qeyd olunub ki, əməliyyatlar özünümüdafiə məqsədilə həyata keçirilib.
Musavat.com






