İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın regionda sabitliyə qarşı təhdidi-Sülh sazişi molla rejimini niyə narahat edir?- Detallar

1226 01.06.2023 15:15 Siyasət A A

 

Paşinyanın sülhə yönəlik açıqlamaları, regionda kommunikasiyaların açılması ilə bağlı müsbət mesajların verilməsi fonunda Azərbaycanı özünə düşmən görən qüvvələr yenidən iş başındadır. Yenə də Zəngəzur dəhlizi, sülh sazişi əleyhinə kampaniya aparılır.

Həmişə SEPAH-ın “sözçüsü” kimi çıxış edən erməni iranşünas Vardan Voskanyan bu dəfə də İranın mesajlarını çatdırıb. Bildirib ki, İran indiki halda “artsax”ın problemlərini ermənilərin xeyrinə həll etməyə hazırdır:

 “Ermənistan və İranın maraqlarının böyük ölçüdə üst-üstə düşdüyü göz qabağındadır. Söhbət həm Ermənistanın, həm də iranlıların açıq şəkildə danışmadığı Qarabağın təhlükəsizliyindən gedir. İranlı ekspertlərlə təmaslara əsaslanaraq əminliklə deyə bilərəm ki, İran tərəfi məncə, buna hazırdır. İran Qarabağ probleminin ermənilərin xeyrinə həllini dəstəkləyir.

Ona görə də hesab edirəm ki, bu münasibətlərdə İranın müsbət gedişlərindən istifadə etməmək düzgün olmaz”,-deyə Voskanyan bildirib.

f6477450da7f90_6477450da7fd0.thumb.jpg (41 KB)

Voskanyanın dediyi kimi, son zamanlar iranlı ekspertlər də durmadan İrəvanın xeyrinə açıqlamalar verir, İranın Azərbaycan-Ermənistan arasında imzalanma ehtimalı yüksək olan sülh müqaviləsinə qarşı olduğunu nümayiş etdirirlər.

Məsələn, ötən həftə iranlı politoloq Ehsan Movəhhediyan İrəvanın mövqelərini müdafiə edən açıqlama verib. O bildirib ki, Qarabağın tam şəkildə Azərbaycana qaytarılması Rusiya və İranın mövqelərini zəiflədəcək. Deyib ki,  bu, xüsusilə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazır olması barədə xəbərlər fonunda İran sərhədlərində İsrail, Türkiyə və NATO-nu gücləndirəcək.

“Ermənistanın Naxçıvan Muxtar Respublikasının Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına razılıq verməsi Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə gətirib çıxaracaq və bundan sonra Zəngəzur vilayətinin “işğalı” baş tutacaq”,- iranlı professor sərsəmləyib.

Ankaranın dəstəyi olmasa, Bakının İranın ərazi bütövlüyünü təhdid etməyə  cəsarəti çatmaz…”-iranlı ekspertdən cəfəng iddia - Veteninfo.Az

Bundan başqa Ehsan Movəhhediyan özünün Tvitter səhifəsində Zəngəzur dəhlizini həyasızcasına "saxta dəhliz" adlandıraraq cəfəng fikirlər səsləndirib:

“İran-Ermənistan sərhədini kəsmək üçün “saxta” Zəngəzur dəhlizini Yaşıl Dəhliz adlandırıblar. 

Bakı öz “aqressiv” xarakterini gizlətmək üçün adlarla oynayır. Bizi aldatmaq məqsədilə İran-Ermənistan sərhədini kəsməkdən ötrü “saxta” Zəngəzur dəhlizini Avropaya bərpa olunan enerji ixracı üçün Yaşıl Dəhliz adlandırıblar. Sanki, Bakı sahillərində elektrik enerjisi istehsal etmək üçün bir qitənin külək enerjisinə tələbatını ödəmək olar”.

Tehranın Azərbaycanda da böyük müzakirələrə səbəb olan bir açıqlamasını da yada salaq.

Aerial View Of Tehran Skyline At Sunset With Large Iran Flag Waving In The  Wind Stock Photo - Download Image Now - iStock

Rəsmi Tehran bəyan edirdi ki, regionda dövlətlərin sərhədlərinin dəyişməsi qəbuledilməzdir və bu, İranın qırmızı cizgisidir. Təbii ki, qırmızı cizgi dedikdə onlar Zəngəzur dəhlizini nəzərdə tuturlar.  İndi də İran hər vəchlə çalışır ki, Zəngəzur dəhlizi layihəsi baş tutmasın. Bunu özünə təhlükə hesab edir. Əslində isə layihə heç də İran üçün təhlükə deyil. Əksinə, İran da bu layihədən faydalanaraq iqtisadi baxımdan səmərə əldə edə bilər.

Sərhədlər məsələsinə gəlincə, məsələ Tehran üçün bu qədər əhəmiyyətli idisə 30 il ərzində Ermənistanın işğalına niyə göz yumurdu? Yaxud da sərhədlər bu qədər önəmlidirsə, nə üçün sülhü dəstəkləmir? Görünən budur ki, İran Zəngəzur dəhlizi layihəsinə mane olduğu kimi sülh sazişinin imzalanmasına da mane olur.

Hər kəsə bəllidir ki, İran Azərbaycan müstəqilliyini bərpa edəndən bəri münasibətlərdə gərginlik yaratmağa çalışıb. Lakin iqtisadi əlaqələrin qarşılıqlı faydalı xarakter alması, Azərbaycanın apardığı xarici siyasət bu gərginliyin qarşısını alıb.

44 günlük zəfər tariximiz dərsliklərdə əks olunacaq: Alimlərimiz danışır

44 günlük müharibədəki qələbəmizdən sonra isə İran yeni bir- açıq düşmənçilik siyasəti yürüdür. Yuxarıda qeyd etdiyimiz kimi yersiz, qərəzli açıqlamaları ilə onsuz da pis günə qalan Ermənistanın başının altına yastıq qoyur, onları ölümün pəncəsinə yuvarlayır.

Azərbaycanın başqa ərazidə gözü yoxdur. Eyni zamanda Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub. Bunu ölkə başçısının çıxışlarından açıq şəkildə görmək olur. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü, İran-Azərbaycan sərhədini isə dostluq və qardaşlıq sərhədi adlandıraraq yaxın qonşumuza xoş mesajlar vermişdi. Lakin İran Azərbaycana qarşı heç bir əsası olmayan qondarma iddialar irəli sürməyə başladı.

Gedib, Qafan kimi kiçik bir ərazidə tələm-tələsik konsulluq açdı.

Qafan MDB-nin gənclər paytaxtı olacaq

Səbəb nədir ki, regionda heç bir müsəlman dövləti ilə yola getməyən İran Ermənistana əvvəlkindən daha çox dəstək olur.

Əlbəttə ki, səbəb Azərbaycana qarşı kin, qərəzli münasibətdir.

Amma nə qədər çığır-bağır salsalar da xeyri yoxdur. Azərbaycan addım-addım öz maraqlarının təmin olunmasına doğru irəliləyir. Azərbaycan Prezidentinin qətiyyətliliyi sayəsində bütün qurulan oyunlar yarımçıq qalır, regionda mövqeyimiz daha da güclənir. İran isə gec-tez anlayacaq ki, yalnız tərəfdə yer alıb və bu yanlışlıq yalnız onun özünün sonunu gətirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR