İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ olub

562 05.07.2020 00:40 Son xəbər A A

İranın Xəzər dənizi sahilində yerləşən Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ saat 22:04 radələrində Gülüstan əyalətinin Gümüş təpə bölgəsində yerin 10  kilometr dərinliyində baş verib.

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR