İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycana qarşı XAİN PLANI üzə çıxdı: 2023-cü ilin mayına qədər...

2946 09.03.2023 18:44 Gündəm A A

Xəbər verdiyimiz kimi, Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə sensasion məqalə ilə çıxış edib.

Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran administrasiyası Qarabağı Suriyaya çevirmək planları qurur. Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir. 

İddia reallığa çevrilə bilərmi?

Politoloq Samir Hümbətov Musavat.com-a açıqlamasında bildirib ki, indiki məqamda İranın bu planı həyata keçirmək imkanları yoxdur. İlk növbədə İran-Azərbaycan sərhədi bağlıdır.

FotoJet (3) (5) (1) (1).jpg (30 KB)

Politoloqun sözlərinə görə, ehtimal var ki, İran terrorçuları Laçın dəhlizi üzərindən keçirə bilər:

“İran orada terror qruplaşması yarada bilər. Çünki onun bununla bağlı təcrübəsi var, terrorçu qruplaşmaları yaratmaq imkanına malikdir. İran terrorçuluğa dəstək verə bilər, amma onları Qarabağa keçirməsi qeyri-mümkündür. Çünki Azərbaycan demək olar ki, əraziyə tam şəkildə nəzarət edir. Son toqquşmalar da onu göstərir ki, Azərbaycan əraziyə nə daxil olursa, hamısını izləyir.

İranın Qarabağa 4 min terrorçu yerləşdirmə planı ilə bağlı iddia əlbəttə ki, böyük bir iddiadır. O sayda terrorçunun Qarabağa gətirilməsi asan məsələ deyil. Əgər belə bir hal baş verərsə, bu, tərəflər arasında ciddi qarşıdurmaya səbəb ola bilər. Hətta müharibə şəraitinə gətirib çıxara bilər. O baxımdan hesab edirəm ki, İran bəlkə də gələcəkdə bu planı həyata keçirmək istəyər. Çünki İranın mümkün ehtimalı var ki, Ermənistan Azərbaycanla hərbi toqquşmaya gedə bilər. Həmin ərəfədə ara qarışar və terrorçuları Ermənistandan Azərbaycan ərazisinə daxil edər. Amma Azərbaycan bu məsələdə hazır vəziyyətdədir, istənilən təxribatın qarşısını ala biləcək potensiala malikdir. “Türkiye” qəzetinin iddiasını tam şəkildə təkzib, eyni zamanda tam şəkildə təsdiq etmək mümkün deyil. Bu, zaman məsələsidir. Belə bir iddia varsa, İranın PKK ilə, yezidi kürdlərlə, Türkiyəyə, Azərbaycana düşmən olan qüvvələrlə, eyni zamanda ermənilərlə, Ermənistanla əməkdaşlığını göz önünə alaraq həm Azərbaycan, həm də Türkiyə tərəfi məsələni diqqətdə saxlamalıdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR