İran XİN sözçüsü Nasir Kənani Türkiyədəki seçkilərə münasibət bildirib.
Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Kənani seçkilərin demokratik keçirildiyini qeyd edib:
"Bazar günü keçirilən prezident və parlament seçkilərində Türkiyə xalqının yüksək səviyyədə iştirakı və onun uğurla keçirilməsi bu qonşu müsəlman ölkəsində demokratiyanın qələbəsindən xəbər verir.
Xalqı, seçki təşkilatçılarını, liderləri və siyasi partiyaları bu qələbə münasibətilə təbrik edirik və onlara ən xoş aqibət arzulayırıq".
Musavat.com






