İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan gətirdiyi narkotiki Masazırda satmaq istəyən şəxsə hökm oxundu

515 03.12.2021 16:10 Kriminal A A

6 kiloqrama yaxın narkotiklə tutulan şəxsə ağır cəza verilib. Onun narkotik vasitəni İrandan gətirdiyi məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elmin Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Elmin Quliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, Elmin Quliyev Abşeron rayon Masazır qəsəbəsində saxlanılıb.

Onun üzərinə baxış zamanı 2 kiloqram 415 qram heroin, 3 kiloqram 145 qram metamfetamin 470 qram tiryək, 3 ədəd elektron tərəzi və 4400 ABŞ dolları məbləğində saxta pul əskinasları aşkar olunaraq götürülüb.

1995-ci il təvəllüdlü Elmin Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR