İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycana psixotrop maddə keçirmək istədilər

468 10.10.2016 14:50 Ölkə A A
Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun əl yükünə gömrük baxışı keçirilib.

Virtualaz.org DGK-nın saytına istinadən bildirir ki,baxış zamanı vətəndaşa məxsus qarışıq ərzaq məhsulları olan əl yükünün içərisində, gömrük nəzarətinə bəyan olunmamış iki ədəd plastik flakonda, "Tramadol" adlı dərman preparatı - cəmi 554 həb aşkar edilib.

Xatırladaq ki, "Tramadol" preparatı Azərbaycanda "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 554 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 83,1 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR