İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda yol qəzası olub, 14 nəfər ölüb

303 01.07.2022 14:06 Region A A

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində “Peugeot” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 14 nəfər ölüb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar xidmətindən bildiriblər.

Məlumata görə, avtomobillər toqquşandan sonra yanğın baş verib. Hadisə yerində 11 nəfər, xəstəxanada isə daha 3 yaralı ölüb.

Əyalətin yol polisinin başçısı Mustafa Quluzadənin sözlərinə görə, avtomobillərdən biri o birinin yoluna çıxdığı üçün qəza baş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR