"Azadlıq" radiosunun yaydığı bu videonu İranda yaşayan azərbaycanlı gənclər ərsəyə gətirib. Azərbaycan türkcəsində səslənən musiqinin sədaları altında oğlanlı-qızlı rəqs edən gənclərin bu hərəkəti, bəlkə də, bir çoxlarına əhlikeflik kimi görünə bilər.
Ancaq burada özünəməxsus şəkildə azadlığa çağırış var. Gənclər bu rəqslə tabuları qırmağa, yasaqlatra qarşı çıxmağa çalışırlar.
Yəqin ona görədir ki, hazırda bu video rekordlar qırmağa doğru irəliləyir, hər saniyə onu izləyənlərin sayı həndəsi silsilə ilə artır.






