İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

1158 25.11.2016 21:26 Son xəbər A A
İranda iki qatarın toqquşması nəticsəində həlak olanların yeni sayı açıqlanıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Səhiyyə Nazirliyinin rəsmiləri ölənlərin sayının 44 nəfərə çatdığını və yaralananların isə 100 nəfərdən çox olduğunu açıqlayıblar.
 
“Məşhəd-Təbriz qatarının əyləc sistemində problem yaranıb, havanın şaxtalı olması nəticəsində isə qatar dayanıb.  Problem mərkəzi sistemə nəzarət edən şəxsə bildirilsə də, növbə dəyişdiyi üçün məsul şəxs qatarın dayanmasından xəbərsiz olub və həmin istiqamətdə hərəkətdə olan Məşhəd-Səmnan qatarına yolun açıq olduğunu və problemsiz hərəkət edə biləcəyini deyib”, deyə İranın Dəmir Yolları İdarəsinin baş direktoru  Möhsin Purseyidağayi bildirib .
 
İran prezidenti Həsən Ruhani hadisə qurbanlarının ailələrinə baş sağlığı verib.

***
İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 100 nəfər xəsarət alıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.
 
Hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib. İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR