İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda reklam lövhələrinə şüarlar yazıldı: “Qatil Xameneyiyə ölüm olsun” - VİDEO

808 21.10.2022 02:00 Dünya A A

İranın Tehran və Qum şəhərlərində etirazlar davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, İranın müqəddəs Qum şəhərində elmi-dini mərkəzin girişində “Xameneyiyə ölüm olsun” sözləri yazılıb. 

Tehran şəhərində etirazçılardan biri “Torpaq qızıl verir” yazılmış nəhəng reklam lövhəsinə “İran mollası da qızıl oğurlayır” şüarı yazıb. Ətrafdakılar da onu alqışlayaraq inqilabın sonuna qədər belə davam edəcəklərini bildiriblər. 

Tehranın Hemmət prospektindəki körpüdə quraşdırılmış böyük lövhəyə isə etirazçı gənclərdən biri qorxmazcasına “qatil Xameneyiyə ölüm olsun” şüarını yazıb.

 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR