İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda qadınlarla bağlı ağılasığmaz qadağalar: “Bundan sonra...”

1652 09.10.2021 15:23 Region A A

İran Radio və Televiziya Şurası qadınların televiziyada pizza yeyərkən görüntülənməsi və kamera qarşısında qırmızı rəngli içkilərlə poza vermələrini qadağan edib.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, qadınlarla bağlı qadağaları ilə tez-tez müzakirə olunan İranın yeni addımı da müzakirə yaradıb.

İran Radio və Televiziya Şurası qadınların pizza yeyərkən görüntülənməsini qadağan edib. Bundan əlavə, televiziyada qırmızı içkilərdən də istifadə edə bilməyəcəklər.

Artıq İran Radio və Televiziya Şurası (IRIB) qadağaları yerinə yetirmək üçün televiziyalara məktub göndərib.

Məlumata görə, İranda dəri əlcək taxan, sandviç yeyən və ya qırmızı içki içən qadınların videolarını göstərməyi dayandırmaq da əmr olunub. Televiziya şoularında qadınlara çay süfrəsi açan kişilərin yer aldığı görüntülərin qadağan edilməsi də yeni qərarlar daxilindədir.

IRIB proqramları efirə getməzdən əvvəl senzuradan keçirəcək.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR