İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda mollanın rəhbərlik etdiyi körpələr evində uşaqlara işgəncələr verilir - FOTO

537 12.06.2023 20:35 Son xəbər A A

Tehranda çıxan “Etemad” qəzetində sahibsiz uşaqlar üçün sığınacaq mərkəzində qalan uşaqlara qarşı fiziki işgəncə və zorakılıq halları barədə xəbər dərc olunub.

Qəzet məlumatlı mənbələrə istinadən sığınacaqdakı tərbiyəçilərin molla olduqlarını yazıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qəzetin “Qalıcı əzab” başlıqlı xəbərində qeyd edilib ki, İranın “Mehr-e Mandeqar” Xeyriyyə Cəmiyyətinin nəzdində fəaliyyət göstərən körpələr evində 7-8 yaşlı uşaq gecə yatarkən yerini islatdığına görə işgəncəyə məruz qalıb. Bunu mərkəzin keçmiş dayələrindən biri deyib.

“Müəssisənin direktoru və bir dayə həmin uşağın əlini ütü ilə yandırıb, sonra da tarakanla dolu binanın köhnə hamamına bağlayıblar. Bir həftə ərzində yemək əvəzinə ona quru çörək və su veriblər”, - deyə o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR