İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda keçmiş nazirin qızı və nazir müavininin qardaşı həbs edilib

490 01.10.2019 18:05 Son xəbər A A

İranın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri antikorrupsiya tədbirləri davam edir.

AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində İranın keçmiş Ticarət, Sənaye və Mədənlər naziri Məhəmmədrza Nemətzadənin qızı Şəbnəm Nemətzadə həbs olunub. Tehran məhkəməsi külli miqdarda pul müqabilində onu zaminə buraxmaqdan imtina edib. Yerli mətbuat yazır ki, Ş.Nemətzadə dövlət bankından 4 milyon ABŞ dolları kredit alıb. O, krediti ölkəyə zəruri dərman preparatları idxal etmək üçün götürüb. Dövlət bu kreditə görə çox cüzi faiz hesablayıb. Dərman preparatları ölkəyə daxil olandan sonra isə Ş.Nemətzadəyə məxsus “Rəsapəxş” şirkəti dərmanları satışa çıxarmayıb. Gözləyib ki, qiymətlər artsın.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı həmin dərmanlar şirkətin anbarında tapılıb. Məlum olub ki, dərmanlar 2 il əvvəl ölkəyə gətirilsə də, satılması üçün əczaxanalara verilməyib və dərmanların yararlılıq müddəti başa çatıb.

Bundan başqa, İranın Xarici İşlər nazirinin müavini Abbas Əraqçının da qardaşı qanunsuz valyuta əməliyyatları və korrupsiyada ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, İran ona qarşı tətbiq olunan sanksiyalardan sui-istifadə edib, qanunsuz yollarla qazanc əldə etməyə çalışan məmurlarla kəskin mübarizə aparır. İran parlamentinin 4 deputatı da vəzifəsindən sui-istifadə edib korrupsiyaya qurşandıqlarına görə məsuliyyətə cəlb ediliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR