İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda keçmiş dövlət rəsmilərinin şikayət etdikləri qadın jurnalist həbs olunub - FOTO

400 28.02.2024 14:47 Dünya A A

İranda “Etemad” qəzetinin jurnalisti və ictimai fəal Səba Azərpeyk iki il müddətinə həbs cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, o, sosial şəbəkələrdə yalan xəbərlər yaymaq, böhtan atmaq və təhdid etməkdə ittiham edilib. Bildirilib ki, qadın jurnalistə iki il həbs cəzası ilə yanaşı, iki il müddətinə sosial şəbəkədən istifadəyə qadağa da qoyulub.

Qeyd edək ki, İran parlamentinin bir neçə üzvü, o cümlədən Həsən Ruhaninin prezidentliyi dövründə İranın keçmiş sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni jurnalist Səba Azərpeyk barəsində məhkəməyə şikayət ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR