İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda hər kəsi dəhşətə salan intihar: Ana üç övladı ilə birlikdə öldü - FOTO

524 06.07.2023 19:00 Hadisə A A

İranda dəhşətli intihar hadisəsi baş verib, nəticədə bir ailənin bütün üzvləri ölüblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, qorxunc hadisə Luristan əyalətinin Durud şəhərində baş verib.

Məlumata görə, maddi problemlər ucbatından ana özünü, üç yaşlı qızı Fatiməni, həmçinin beş yaşları olan Həsən və Hüseyn adlı iki əkiz oğlunu zəhərləyərək öldürüb.

Qeyd edək ki, son illər İranda intihar halları kəskin artıb və məişət problemləri ilə yanaşı, fərdi azadlıqların məhdudlaşdırılması, depressiv problemlərin çoxalması insanların özlərini öldürməsinin əsas səbəblərindəndir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR