İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda həbs edilən Azərbaycan vətəndaşının kimliyi açıqlandı

997 11.07.2013 02:46 Son xəbər A A
İranın Ərdəbil vilayətində narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq həbs edilmiş Azərbaycan Respublikası vətəndaşının kimliyi açıqlanıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu şəxs Yaqub Azadidir. Onun bir həftədir İran nizam-intizam qüvvələri (polis) tərəfindən gizlicə izlənildiyi və mədəsində plastik kisələrdəki 500 qramlıq narkotik maddəni Azərbaycan Respublikasına keçirmək istəyərkən həbs edildiyi bildirilir. Y. Azadi hazırda Ərdəbil vilayətinin Polis İdarəsinin narkotik maddələrlə mübarizə şöbəsində saxlanılır. Onun Əfqanıstandan İrana daşınan narkotik maddələri qaçaqmalçılıq  yolu ilə Azərbaycan Respublikasına aparan mütəşəkkil şəbəkənin üzvü olduğu vurğulanır. 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR