İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda hakimiyyət etirazçıları öldürməyə davam edir- Yeni faktlar

420 26.12.2022 14:44 Region A A

Təbriz İnqilab Məhkəməsi milli fəal Purya Purhimməti barədə 3 il həbs cəzası və 2 il ölkədən çıxışına qadağa qərarı çıxarıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ona qarşı "Ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı əlbir olmaq və toplaşmaq” ittihamı irəli sürülüb.

Bəluç fəallarının verdiyi məlumata görə, dekabrın 24-ü səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin zindanında 28 yaşlı İlyas Rəisi dar ağacından asılıb.

Qəzvin əyalətinin Əlvənd şəhərindən olan Hadisə Nəcənd 3 yaşlı övladını uşaq bağçasına qoyduqdan sonra naməlum şəxslər tərəfindən qaçırılıb. Onun barəsində heç bir məlumat yoxdur. Ailəsi və yaxınları polisə müraciət etsələr də, onlara bir cavab verilməyib. Hadisə Nəcənd blogerdi və onun bir neçə gün öncə öz İnstaqram səhifəsində Məhsa Əmini ilə bağlı paylaşım etdiyi bildirilir.

İranda son etirazlarda iştirak etdiyinə görə edam cəzasına məhkum edilmiş Məhəmməd Qubadlunun ölüm hökmü təsdiqlənib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR