İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda güneyli yeniyetmə həbsdən buraxıldıqdan sonra intihar etdi - FOTO

780 29.11.2022 14:33 Dünya A A

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Arşiya Əlizadə həbsdən buraxıldıqdan sonra intihar edib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Yeniyetmənin ailəsinin məsələni ictimailəşdirməməsi üçün İran təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildiyi bildirilir. İnsan haqları təşkilatlarının açıqlamasına görə, Arşiya Əlizadəyə həbsxanada təzyiq göstərilib və o, sarsıntı keçirərək intihara əl atıb.

Qeyd edək ki, mollanın əmmaməsini başından götürdüyünə görə həbs edilən azərbaycanlı yeniyetmə 10 gün həbsdə saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb. Lakin iki gün sonra özünü öldürüb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR